Surə 4 · Cüz 5
An-Nisa · 4:44
أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِنَ الْكِتَابِ يَشْتَرُونَ الضَّلَالَةَ وَيُرِيدُونَ أَنْ تَضِلُّوا السَّبِيلَ
44. Kitabdan özlərinə pay verilmiş kəslərin azğınlığı satın aldıqlarını və sizi doğru yoldan azdırmaq istədiklərini görmürsənmi?
Təfsir
Ey Peyğəmbər! Məgər Allahın Tövrat vasitəsi ilə özlərinə elmdən pay verilmiş yəhudilərin haqqı azğınlıqla dəyişdiklərini bilmirsənmi?! Ey Möminlər! Onlar sizi, Peyğəmbərin gətirdiyi düzgün yoldan azdırıb, öz əyri yolları ilə getmənizə hərisdirlər!