Surə 4 · Cüz 5
An-Nisa · 4:32
وَلَا تَتَمَنَّوْا مَا فَضَّلَ اللَّهُ بِهِ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍ ۚ لِلرِّجَالِ نَصِيبٌ مِمَّا اكْتَسَبُوا ۖ وَلِلنِّسَاءِ نَصِيبٌ مِمَّا اكْتَسَبْنَ ۚ وَاسْأَلُوا اللَّهَ مِنْ فَضْلِهِ ۗ إِنَّ اللَّهَ كَانَ بِكُلِّ شَيْءٍ عَلِيمًا
32. Allahın sizi, bir-birinizdən üstün etdiyi şeylərə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi bilir.
Təfsir
Ey Möminlər! Qəzəb və həsəd etməməniz üçün Allahın sizi, bir-birinizdən üstün etdiyi şeylərə tamah salmayın. Allahın kişilərə xas etdiyi şeylərə qadınların tamah salması yalnışdır, çünki hər bir kişi və qadının özünə görə öz nəsibi vardır. Allahdan, Onun sizə olan lütfünü artırmasını diləyin. Həqiqətən, Allah hər şeyi bilir və elə bu baxımdan hər bir kəsə ona münasib olanı bəxş etmişdir.