Surə 4 · Cüz 5
An-Nisa · 4:30
وَمَنْ يَفْعَلْ ذَٰلِكَ عُدْوَانًا وَظُلْمًا فَسَوْفَ نُصْلِيهِ نَارًا ۚ وَكَانَ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرًا
30. Kim düşmənçilik və zülm etməklə bu işləri görərsə, Biz onu atəşə giriftar edərik. Bu, Allah üçün asandır.
Təfsir
Kim bu qadağaları bilməyərəkdən yaxud unutqanlıq üzündən deyil, əskinə, bilərəkdən düşmənçilik və zülm etməklə başqasının malını mənimsəyib, canına qəsd edərsə, Allah Qiyamət günü onu hərarəti yandıran, əzabı isə məhv edən böyük bir Cəhənnəm atəşinə salar. Bu, Allah üçün çox asandır, çünki O, qadirdir və heç bir şey Onu aciz edə bilməz!