Surə 4 · Cüz 6

An-Nisa · 4:171

يَا أَهْلَ الْكِتَابِ لَا تَغْلُوا فِي دِينِكُمْ وَلَا تَقُولُوا عَلَى اللَّهِ إِلَّا الْحَقَّ ۚ إِنَّمَا الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ رَسُولُ اللَّهِ وَكَلِمَتُهُ أَلْقَاهَا إِلَىٰ مَرْيَمَ وَرُوحٌ مِنْهُ ۖ فَآمِنُوا بِاللَّهِ وَرُسُلِهِ ۖ وَلَا تَقُولُوا ثَلَاثَةٌ ۚ انْتَهُوا خَيْرًا لَكُمْ ۚ إِنَّمَا اللَّهُ إِلَٰهٌ وَاحِدٌ ۖ سُبْحَانَهُ أَنْ يَكُونَ لَهُ وَلَدٌ ۘ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ وَكَفَىٰ بِاللَّهِ وَكِيلًا

171. Ey Kitab əhli! Dini­niz­də ifrata varmayın və Allah ba­­rə­sin­də hə­qi­qətdən başqa bir şey söyləməyin. Məryəm oğ­lu İsa Məsih an­caq Allahın el­çisi, Onun Məryəmə gön­dər­diyi “Ol!” kəlməsi və Onun tə­rə­fin­dən gön­dərilən bir ruh­dur. Allaha və Onun el­çilə­rinə iman gətirin və: “Tanrı üç­dür!” de­məyin. Batil əqidə­nizə son qo­yun! Bu sizin üçün xe­yir­li olar. Həqi­qə­tən, Allah Tək İlahdır! O, pak­dır, mü­qəd­dəs­dir, övladı ol­maqdan uzaq­­dır. Göy­lərdə və yerdə nə var­sa, Ona məx­susdur. Vəkil ola­raq Allah yetər.

Təfsir

Ey Peyğəmbər! İncil əhli nəsranilərə de: "Dini­niz­də ifrata varmayın və İsaya - aleyhissəlam - görə Allah ba­­rə­sin­də hə­qi­qətdən başqa bir şey söyləməyin. Məryəm oğ­lu İsa Məsih an­caq Allahın haqqla göndərdiyi el­çisidir. Allah onu, Cəbrailin - aleyhissəlam - Məryəmə gön­dər­diyi kəlməsindən xəlq etdi, bu Allahın "Ol!" kəlməsi idi, oda oldu. Bu kəlmə, Allahın əmri ilə Cəbrailin Allah tərəfindən üfürdüyü bir ruh­dur. Allaha və Onun bütün el­çilə­rinə və onlar arasında heç bir fərq qoymadan iman gətirin və: "İlahlar üç­dür!" de­məyin. Bu yalan və batil sözünüzə son qo­yun! Bu sözə son qoymanız, dünyada və axirətdə sizin üçün daha xe­yir­lidir. Həqi­qə­tən, Allah Tək İlahdır, O, şəriki və övladı olmaqdan uzaqdır, O, zəngindir! Göy­lərin, yerin və onların arasında olan mülk yalnız Ona məx­susdur. Onlara göylərin və yerin idarə edəni Allah olması, qoruyan olaraq yetər.

Oxuyucuda aç - Surəni tam oxu