Surə 4 · Cüz 6
An-Nisa · 4:162
لَٰكِنِ الرَّاسِخُونَ فِي الْعِلْمِ مِنْهُمْ وَالْمُؤْمِنُونَ يُؤْمِنُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ ۚ وَالْمُقِيمِينَ الصَّلَاةَ ۚ وَالْمُؤْتُونَ الزَّكَاةَ وَالْمُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ أُولَٰئِكَ سَنُؤْتِيهِمْ أَجْرًا عَظِيمًا
162. Lakin onlardan elmdə qüvvətli olanlar və möminlər sənə nazil edilənə və səndən öncə nazil edilənlərə iman gətirir, namaz qılır, zəkat verir, Allaha və Axirət gününə iman gətirirlər. Biz onlara böyük mükafat verəcəyik.
Təfsir
Ey Peyğəmbər! Lakin yəhudilərdən elmdə sabit və qüvvətli olanlar və möminlər Allahın Qurandan sənə nazil etdiyinə və səndən öncə olan elçilərə, Tövrat və İncil kimi nazil edilən kitablara iman gətirir, namaz qılır, mallarının zəkat verir, Allahın tək İlah olduğunu, Onun heç bir şəriki olmadığını və Axirət gününə inanırlar. Biz, bu sifətlərə sahib olan kimsələrə böyük savab verəcəyik.