Surə 4 · Cüz 6
An-Nisa · 4:159
وَإِنْ مِنْ أَهْلِ الْكِتَابِ إِلَّا لَيُؤْمِنَنَّ بِهِ قَبْلَ مَوْتِهِ ۖ وَيَوْمَ الْقِيَامَةِ يَكُونُ عَلَيْهِمْ شَهِيدًا
159. Kitab əhlindən hər kəs öz ölümündən, yaxud İsanın ölümündən əvvəl ona iman gətirəcək. Qiyamət günü isə İsa onların əleyhinə şahid olacaqdır.
Təfsir
Kitab əhlindən elə kimsə yoxdur ki, öz ölümündən əvvəl dünyanın axırı İsanın - aleyhissəlam - səmadan yerə yendiyi vaxt ona iman gətirməsin. Qiyamət günü isə İsa - aleyhissəlam - onların əməllərinin hansının şəriətə müvafiq, hansının da müxalif olduğuna şahidlik edəcəkdir.