Surə 4 · Cüz 6

An-Nisa · 4:157

وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا الْمَسِيحَ عِيسَى ابْنَ مَرْيَمَ رَسُولَ اللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَٰكِنْ شُبِّهَ لَهُمْ ۚ وَإِنَّ الَّذِينَ اخْتَلَفُوا فِيهِ لَفِي شَكٍّ مِنْهُ ۚ مَا لَهُمْ بِهِ مِنْ عِلْمٍ إِلَّا اتِّبَاعَ الظَّنِّ ۚ وَمَا قَتَلُوهُ يَقِينًا

157. bir də: “Biz Alla­hın elçisi Məryəm oğlu İsa Mə­si­hi öldür­dük!”– dediklə­ri­nə görə lənə­tə düçar edil­dilər. Halbuki onu nə öl­dür­­dülər, nə də çarmı­xa çəkdi­lər. Onlara an­caq İsanın bən­zəri gös­tə­rildi. Şübhəsiz ki, bunda ix­ti­laf edən­lər onun barə­sin­də şəkk-şübhə için­də­dirlər. Bu haqda on­la­rın, zənnə uymaq­dan başqa heç bir bilgisi yox­dur. Onlar onu öl­dür­dük­lə­rinə əmin deyildilər.

Təfsir

Biz bir də onların fəxr edərək yalandan: "Biz Alla­hın elçisi Məryəm oğlu İsa Mə­si­hi öldür­dük!"– dediklə­ri­nə görə lənə­tə düçar etdik. Halbuki onu, idda etdikləri kimi nə öl­dür­­dülər, nə də çarmı­xa çəkdi­lər. Lakin onlar, Allah İsanın - aleyhissəlam - oxşarlığını verdiyi bir kişini öldürüb, çarmıxa çəkdilər və beləliklə də öldürülənin İsa - aleyhissəlam - olduğunu zənn etdilər. İsanı öldürdüklərini iddia edən yəhudilərin və İsanı onlara təslim edən nəsranilərin hər ikisi də onun ölmü barə­sin­də çaşqınlıq və şəkk-şübhə için­də­dirlər. Bu haqda on­la­rın heç bir bilgisi yox­dur. Onlar yalnız zənnə qapanırlar. Zənn isə əsla həqiqət ola bilməz. Onlar əsla İsanı öl­dür­dürmədilər və onu asmadılar.

Oxuyucuda aç - Surəni tam oxu