Surə 4 · Cüz 6

An-Nisa · 4:148

۞ لَا يُحِبُّ اللَّهُ الْجَهْرَ بِالسُّوءِ مِنَ الْقَوْلِ إِلَّا مَنْ ظُلِمَ ۚ وَكَانَ اللَّهُ سَمِيعًا عَلِيمًا

148. Allah pis sözün açıq de­yil­mə­sini sevməz. Yalnız zülmə mə­­ruz qalmış kimsələr müstəsnadır. Allah hər şeyi eşidəndir, bi­ləndir.

Təfsir

Allah pis sözün açıq de­yil­mə­sini sevməz. Əksinə buna qəzəblənər və onu deyən kimsəyə əzab verər. Lakin zülmə mə­­ruz qalmış kimsələrin, ona zülm edəndən şikayətini bildirməsi, ona bəd dua etməsi və ona deyilən pis sözün eyni ilə deyənə qaytarması kimi pis sözü açıq deməsi müstəsnadır. Amma məzlumun səbir etməsi pis söz deməsindən daha əfzəldir. Allah sizin dediyiniz sözləri eşidəndir, niyyətlərinizi bi­ləndir, elə isə pis söz söyləməkdən yaxud bu niyyətdə olmaqdan çəkinin.

Oxuyucuda aç - Surəni tam oxu