Surə 4 · Cüz 5

An-Nisa · 4:146

إِلَّا الَّذِينَ تَابُوا وَأَصْلَحُوا وَاعْتَصَمُوا بِاللَّهِ وَأَخْلَصُوا دِينَهُمْ لِلَّهِ فَأُولَٰئِكَ مَعَ الْمُؤْمِنِينَ ۖ وَسَوْفَ يُؤْتِ اللَّهُ الْمُؤْمِنِينَ أَجْرًا عَظِيمًا

146. Tövbə edənlər, özlə­ri­ni islah edənlər, Allahdan möh­­kəm ya­pı­şanlar və öz din­lərini Allaha məxsus edənlər is­tis­na­dır. Bun­lar möminlərlə bərabərdirlər. Allah mö­minlərə tezliklə böyük mü­ka­fat verə­cəkdir.

Təfsir

Münafiqlikdən tövbə edib Allaha qayıdanlar, qəlblərini islah edənlər, Allahın əhdindən ya­pı­şanlar və öz əməlini riyakarlıq etmədən yalnız Allah üçün edənlər is­tis­na­dır. Məhz bu sifətlərə sahib olan kisələr dünyada və axirətdə möminlərlə bərabərdirlər. Allah mö­minlərə böyük savab verə­cəkdir.

Oxuyucuda aç - Surəni tam oxu