Surə 4 · Cüz 5
An-Nisa · 4:142
إِنَّ الْمُنَافِقِينَ يُخَادِعُونَ اللَّهَ وَهُوَ خَادِعُهُمْ وَإِذَا قَامُوا إِلَى الصَّلَاةِ قَامُوا كُسَالَىٰ يُرَاءُونَ النَّاسَ وَلَا يَذْكُرُونَ اللَّهَ إِلَّا قَلِيلًا
142. Doğrusu, münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər.
Təfsir
Həqiqətən, münafiqlər İslamda olduqlarını göstərib, qəlblərindəki küfrü gizlədərək Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Çünki Allah onların küfrlərini bildiyi halda canlarını qorumuş və axirətdə onlar üçün şiddətli əzab hazırlamışdır. Onlar namaza durarkən, namaza nifrət edərək, tənbəl halda və namazı xalisla Allah üçün deyil, yalnız özlərini möminlərə göstərmək üçün qalxarlar, möminləri gördükdə isə Allahı olduqca az yad edərlər.