Surə 4 · Cüz 5
An-Nisa · 4:139
الَّذِينَ يَتَّخِذُونَ الْكَافِرِينَ أَوْلِيَاءَ مِنْ دُونِ الْمُؤْمِنِينَ ۚ أَيَبْتَغُونَ عِنْدَهُمُ الْعِزَّةَ فَإِنَّ الْعِزَّةَ لِلَّهِ جَمِيعًا
139. O kəslər ki, möminləri qoyub kafirləri özlərinə dost tuturlar. Onlar kafirlərin yanında izzətmi axtarırlar? Halbuki izzət tamamilə Allaha məxsusdur.
Təfsir
Bu əzab, onların möminləri qoyub kafirləri özlərinə köməkçi və himayədar tutduqlarına görədir. Həqiqətən onları özlərinə dost tutmaları çox təəcüblüdür. Onlar dünyada ucalmaq üçün kafirlərin yanında qüvvət və izzətmi axtarırlar? Halbuki qüvvət və izzət bütünlüklə Allaha məxsusdur.