Surə 4 · Cüz 5
An-Nisa · 4:116
إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَنْ يَشَاءُ ۚ وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا
116. Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz. Bundan başqa günahları isə istədiyi kimsəyə bağışlar. Allaha şərik qoşan kəs, əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür.
Təfsir
Şübhəsiz ki, Allah Ona şərik qoşmağı əfv etməz, əksinə Ona şərik qoşan kimsəni Cəhənnəmdə əbədi edər. Amma istədiyi şəxsin şirkdən başqa olan günahlarını isə Öz rəhməti və lütfü ilə bağışlar. Başqasını Allaha şərik qoşan şəxs, haqq yoldan azmış və bu yoldan çox uzaqlaşmışdır, çünki o, Xaliq ilə məxluqu eyni dərəcədə tutmuşdur.