Surə 4 · Cüz 5

An-Nisa · 4:113

وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكَ وَرَحْمَتُهُ لَهَمَّتْ طَائِفَةٌ مِنْهُمْ أَنْ يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلَّا أَنْفُسَهُمْ ۖ وَمَا يَضُرُّونَكَ مِنْ شَيْءٍ ۚ وَأَنْزَلَ اللَّهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمُ ۚ وَكَانَ فَضْلُ اللَّهِ عَلَيْكَ عَظِيمًا

113. Əgər sənə Allahın lüt­fü və rəhmi olmasaydı, əlbət­tə, on­la­rın bir qismi sə­ni doğru yol­­dan az­dır­maq istəyəcəkdi. Halbuki on­lar özlərin­dən baş­qasını azdıra bil­məz və sənə də heç bir zərər verə bilməz­lər. Allah sənə Ki­tabı və hikməti nazil etdi və sənə bil­mə­diklərini öyrətdi. Alla­­hın sənə olan lütfü bö­yükdür.

Təfsir

Ey Peyğəmbər! Əgər Allah səni qorumaqla sənə lüt­f göstərməsəydi, əlbət­tə, öz nəfslərinə xəyanət edənlərdən bir camaat sə­ni haqq yol­­dan az­dırıb, batillə hökm verməyini istəyəcəkdi. Halbuki əslində on­lar yalnız özlərini aldadırlar. Belə ki, haqq yoldan azdırmaq üçün etdikləri günahın əzabı onların özlərinə qayıdacaqdır. Allah səni qoruduğu üçün onlar sənə bir zərər toxundura bilməzlər. Allah sənə Quranı və sünnəni nazil etdi və sənə bundan əvvəl bilmədiyin doğru yolu və nuru öyrətdi. Alla­­hın sənə peyğəmbərlik bəxş etməsi və səni qoruması kimi sənə olan lütfü bö­yükdür.

Oxuyucuda aç - Surəni tam oxu