Surə 4 · Cüz 5
An-Nisa · 4:109
هَا أَنْتُمْ هَٰؤُلَاءِ جَادَلْتُمْ عَنْهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا فَمَنْ يُجَادِلُ اللَّهَ عَنْهُمْ يَوْمَ الْقِيَامَةِ أَمْ مَنْ يَكُونُ عَلَيْهِمْ وَكِيلًا
109. Bax, siz o kəslərsiniz ki, dünya həyatında onlardan ötrü mübahisə etdiniz, bəs Qiyamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək, yaxud onlara kim vəkil olacaq?
Təfsir
Bax, - ey günahkarların qayğısını çəkən kimsələr! - siz o kəslərsiniz ki, dünya həyatında onlara bəraət qazandırmaq üçün onlardan ötrü mübahisə edib, onların cəzalandırılmasının qarşısını almaq istəyirsiniz. Bəs Allah həqiqəti bildiyi bir halda, Qiyamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək, o gün onlara kim vəkil duracaq?! Şübhə yoxdur ki, bunu heç kəs bacarmayacaqdır.