Surə 4 · Cüz 4
An-Nisa · 4:1
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَنِسَاءً ۚ وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَالْأَرْحَامَ ۚ إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا
1. Ey insanlar! Sizi tək bir candan xəlq edən, ondan zövcəsini yaradan və o ikisindən də bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.
Təfsir
Ey insanlar! Sizi tək bir candan, atanız Adəmdən xəlq edən, Adəmdən zövcəsini, sizin ananız Həvvanı yaradan və o ikisindən də bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən: "Səndən Allah üçün bu işi etməyini istəyirəm"- deyərək müxtəlif şeylər istədiyiniz Allahdan və aranızı birləşdirən qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir. Əməllərinizdən Allaha heç bir şey gizli qalmaz, əksinə Allah əməllərinizi sayıb, müqabilini verəcəkdir.