Surə 39 · Cüz 24

Az-Zumar · 39:67

وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّمَاوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ

67. Onlar Allahı layiqincə qiymət­lən­dirmədilər. Halbuki Qi­ya­mət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göy­lər isə Onun əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və on­ların Ona qoş­duq­ları şəriklər­dən ucadır.

Təfsir

Müşriklər Allahdan qeyrisini - Onun yaratdığı zəif və aciz məxluqatı Ona şərik qoşmaqla, Allahı layiqincə uca tutmadılar və Onun qüdrətindən qafil oldular. Onun qüdrət əlamətlərindən bəzisi budur ki, qi­ya­mət günü yer üzərindəki dağlar, ağaclar, çaylar və dənizlərlə birlikdə Onun ovcunun içində olacaq, yeddi göy­ün də hamısı Onun sağ əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və müşriklərin Onun barəsində dediklərindən və etiqad etdiklərindən ucadır.

Oxuyucuda aç - Surəni tam oxu