Surə 39 · Cüz 24
Az-Zumar · 39:65
وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ
65. Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər Allaha şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.
Təfsir
Ey Peyğəmbər, sənə və səndən əvvəlki peyğəmbərlərə belə vəhy olunmuşdur: “Əgər Allahla yanaşı başqasına ibadət etsən, yaxşı əməllərinin savabı puç olacaq, beləliklə də, bu dünyada dinini ititrməklə, axirətdə də əzaba düçar olmaqla ziyana uğrayanlardan olacaqsan.