Surə 39 · Cüz 24

Az-Zumar · 39:61

وَيُنَجِّي اللَّهُ الَّذِينَ اتَّقَوْا بِمَفَازَتِهِمْ لَا يَمَسُّهُمُ السُّوءُ وَلَا هُمْ يَحْزَنُونَ

61. Allah müttəqilərə uğur­larına gö­rə nicat verəcək. On­lara pis­lik to­xunma­yacaq və onlar kədərlənməyəcəklər.

Təfsir

Uca Allah, Rəbbinin əmrlərini yerinə yetirib qadağan etdyi əməllərdən çəkinməklə Ondan qorxan kimsələri əzabdan qurtarıb qazandıqları uğur­a qovuşduracaq - Cənnətə daxil edəcək. On­lara əzab toxunma­yacaq və onlar dünyada qoyub getdikləri nəsiblərinə görə kədərlənməyəcəklər.

Oxuyucuda aç - Surəni tam oxu