Surə 39 · Cüz 24
Az-Zumar · 39:59
بَلَىٰ قَدْ جَاءَتْكَ آيَاتِي فَكَذَّبْتَ بِهَا وَاسْتَكْبَرْتَ وَكُنْتَ مِنَ الْكَافِرِينَ
59. Xeyr! Ayələrim sənə gəlmişdi, sən isə onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən oldun”.
Təfsir
Xeyr, bu, heç də sənin hidayətə qovuşmağını təmənna etdiyin kimi deyil. Mənim ayələrim sənə gəlmişdi, lakin sən onları yalan saydın, təkəbbür göstərdin və Allaha və Onun rəsuluna küfr edən kəslərdən oldun”.