Surə 39 · Cüz 24
Az-Zumar · 39:55
وَاتَّبِعُوا أَحْسَنَ مَا أُنْزِلَ إِلَيْكُمْ مِنْ رَبِّكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَكُمُ الْعَذَابُ بَغْتَةً وَأَنْتُمْ لَا تَشْعُرُونَ
55. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun!
Təfsir
Əzab özünüz də hiss etmədən qəflətən gəlməmişdən əvvəl Rəbbinizin Öz rəsuluna nazil etdiyi ən gözəl söz sayılan Qurana tabe olun, onun əmrlərini yerinə yetirin, qadağalarından da çəkinin!