Surə 39 · Cüz 24
Az-Zumar · 39:52
أَوَلَمْ يَعْلَمُوا أَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ
52. Məgər onlar bilmirlərmi ki, Allah istədiyinin ruzisini bol edir, istədiyininkini də azaldır? Həqiqətən, bunda iman gətirən qövm üçün ibrətlər vardır.
Təfsir
Bu müşriklər öz bildiklərini danışır, bəs bilmirlər ki, Allah dilədiyinin ruzisini bol edərək onu sınağa çəkir, görsün, şükür edəcək, yoxsa küfr edəcək, habelə, dilədiyinin də ruzisini azaldaraq onu sınağa çəkir, görsün, səbir edəcək, yoxsa Allahın yazdığı qədərə qəzəbi tutacaq?! Həqiqətən, ruzinin bol verilməsində və azaldılmasında, iman gətirən bir qövm üçün, Allahın hər şeyi idarə etdiyini sübuta yetirən dəlillər var. Belə ki, yalnız möminlər belə dəlillərdən ibrət alırlar. Kafirlər isə bu dəlillərə məhəl qoymayıb onlardan üz döndərirlər.