Surə 39 · Cüz 23

Az-Zumar · 39:3

أَلَا لِلَّهِ الدِّينُ الْخَالِصُ ۚ وَالَّذِينَ اتَّخَذُوا مِنْ دُونِهِ أَوْلِيَاءَ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَا إِلَى اللَّهِ زُلْفَىٰ إِنَّ اللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِي مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ كَاذِبٌ كَفَّارٌ

3. Doğrusu, əsl din ancaq Allaha məx­susdur. Allahı qo­yub baş­qa­la­rını özlə­rinə dost tutan­lar: “Biz, onlara an­caq bi­zi Allaha daha çox yaxın­laş­dır­sınlar deyə ibadət edirik”– de­yirlər. Əl­bəttə ki, Allah zid­diy­yətə düşdükləri şeylər barə­sin­də onların arasında Öz hök­münü ve­rəcək­dir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğ­ru yo­la yönəlt­məz.

Təfsir

Doğrusu, şirkdən uzaq olan xalis din yalnız Allaha məxsusdur. Allahdan başqa bütləri və tağutları özlərinə dost tutan və Allahı qoyub onlara ibadət edən kimsələr, onlara ibadət etmələrinə haqq qazandlrmaq üçün: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar, bizim istəklərimizi Allaha çatdırsınlar və Onun yanında bizim üçün şəfaətçilik etsinlər deyə ibadət edirik”– deyirlər. Şübhəsiz ki, qiyamət günü Allah, təkcə Ona ibadət edən möminlərlə Ona şərik qoşan kafirlər arasında ixtilafda olduqları tövhid barədə onların arasında hökm verəcəkdir. Həqiqətən də, Allaha qarşı yalan uydurub Ona şərik nisbət edən və Allahın ona verdiyi nemətə qarşı nankor olan kimsəni doğru yola müvəffəq etməz.

Oxuyucuda aç - Surəni tam oxu