Surə 39 · Cüz 23
Az-Zumar · 39:26
فَأَذَاقَهُمُ اللَّهُ الْخِزْيَ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ
26. Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər!
Təfsir
Allah bu əzabla onları dünya həyatında rüsvay və biabır etdi. Onları gözləyən axirət əzabı isə daha böyük və daha dəhşətlidir. Kaş, biləydilər!