Surə 39 · Cüz 23

Az-Zumar · 39:15

فَاعْبُدُوا مَا شِئْتُمْ مِنْ دُونِهِ ۗ قُلْ إِنَّ الْخَاسِرِينَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ الْقِيَامَةِ ۗ أَلَا ذَٰلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ

15. Siz də Ondan başqa istə­diyinizə ibadət edin”. De: “Şüb­hə­siz ki, ziyan çə­kənlər Qiya­mət günü özlərini və ailə­lə­rini ziyana uğ­radanlardır. Açıq-aş­kar zi­yan da elə budur!”

Təfsir

Ey müşriklər, siz də Ondan başqa istə­diyiniz bütlərə ibadət edin.” (Buradakı əmr, hədələmə sayılır.) Ey, Peyğəmbər, de: “Şüb­hə­siz ki, həqiqi ziyana uğrayanlar özlərini və ailə­lə­rini ziyana uğradanlardır. O kəslər ki, yaxınları onları qoyub Cənnətdə daxil olduqlarına və ya onlarla bərabər Cəhənnəmə düçar olduqlarına görə heç vaxt onları görməyəcəklər. Bil ki, açıq-aydın və heç bir şəkk-şübhə olmayan həqiqi ziyan da elə budur!”

Oxuyucuda aç - Surəni tam oxu