Surə 36 · Cüz 23
Ya-Sin · 36:82
إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ
82. Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar.
Təfsir
Pak və müqəddəs olan Allahın buyuruğu və istəyi belədir ki, O, bir şeyi yaratmaq istədikdə, ona sadəcə: “Ol!” deyər və dərhal Onun istədiyi olar. Yaratmaq, öldürmək, yenidən diriltmək və başqa bu kimi işlər də, Onun istəyinə bağlıdır.