Surə 36 · Cüz 22
Ya-Sin · 36:8
إِنَّا جَعَلْنَا فِي أَعْنَاقِهِمْ أَغْلَالًا فَهِيَ إِلَى الْأَذْقَانِ فَهُمْ مُقْمَحُونَ
8. Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları təkəbbürlə yuxarı qalxmışdır.
Təfsir
Onların məsəli boyunlarına zəncir vurulmuş, əlləri də çənələrinin altından boyunlarına zəncirlənmiş kimsəyə bənzəyirlər. Onlar başlarını göyə qaldırmaq məcburiyyətindədirlər, çünki başlarını aşağı əyə bilmirlər. Onlar Allaha iman gətirməkdən məhrum olublar. Odur ki, nə ona itaət edir, nə də Ona görə boyun əyirlər.