Surə 36 · Cüz 23
Ya-Sin · 36:78
وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ ۖ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ
78. O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?”
Təfsir
O kafir, dirilmənin qeyri-mümkün olduğunu isbat etmək üçün çürümüş sümükləri misal çəkib: "Onları kim yenidən yarada bilər?" deyərkən, özünün heç nədən yaradıldığını unutmuşdur.