Surə 36 · Cüz 23
Ya-Sin · 36:75
لَا يَسْتَطِيعُونَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُنْدٌ مُحْضَرُونَ
75. Amma məbudlar onlara heç bir kömək edə bilməzlər. Hərçənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir.
Təfsir
Onların tapındıqları tanrılar nə özlərinə kömək edə bilər, nə də Allahı qoyub onlara ibadət edən kimsələrə kömək edə bilərlər. Onların həm özləri, həm də bütləri əzaba düçar olacaq və onlardan hər biri digərindən uzaq olduğunu bildirəcək.