Surə 36 · Cüz 23
Ya-Sin · 36:70
لِيُنْذِرَ مَنْ كَانَ حَيًّا وَيَحِقَّ الْقَوْلُ عَلَى الْكَافِرِينَ
70. diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin.
Təfsir
Belə edirik ki, qəlbi salamat və bəsirət gözü açıq olan kimsələri qorxutsun. Məhz beləsi Qurandan faydalana bilər. Həmçinin, kafirlər də, Quranın nazil olması və Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dəvətinin onlara çatması ilə, özlərinin əleyhinə dəlil-sübut göstərildikdən sonra əzab çəkməyə layiq olsunlar və üzrxahlıq etmələri üçün bir bəhanələri qalmasın.