Surə 36 · Cüz 23
Ya-Sin · 36:67
وَلَوْ نَشَاءُ لَمَسَخْنَاهُمْ عَلَىٰ مَكَانَتِهِمْ فَمَا اسْتَطَاعُوا مُضِيًّا وَلَا يَرْجِعُونَ
67. Əgər istəsəydik, onları yerlərindəcə elə eybəcər hala salardıq ki, nə irəli gedə, nə də geri qayıda bilərdilər.
Təfsir
Əgər Biz onların xilqətini dəyişdirmək və onları topal etmək istəsəydik, edərdik və bundan sonra onlar yerlərindəcə donub qalar, nə irəli, nə də geri gedə bilərdilər.