Surə 36 · Cüz 23
Ya-Sin · 36:57
لَهُمْ فِيهَا فَاكِهَةٌ وَلَهُمْ مَا يَدَّعُونَ
57. Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır.
Təfsir
O Cənnətdə onlar üçün üzüm, əncir, nar və başqa bu kimi növbənöv gözəl meyvələr, habelə, istədikləri zövqverən şeylər və cürbəcür nemətlər vardır.