Surə 36 · Cüz 23
Ya-Sin · 36:53
إِنْ كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ جَمِيعٌ لَدَيْنَا مُحْضَرُونَ
53. Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər.
Təfsir
Dirilib qəbirlərdən çıxmaq yalnız ikinci kərə sur üfürüləndə baş verəcək. Həmin vaxt - qiyamət günü məxluqatın hamısı haqq-hesaba çəkilmək üçün hüzurumuza gətiriləcəklər.