Surə 36 · Cüz 23

Ya-Sin · 36:45

وَإِذَا قِيلَ لَهُمُ اتَّقُوا مَا بَيْنَ أَيْدِيكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُونَ

45. Onlara: “Önünüzdə olan­dan və ar­xa­nızca gələndən (dün­ya­da və axi­rətdə olan) əzabdan qorxun ki, bəlkə si­zə rəhm olu­na!”– de­yildikdə üz çevi­rir­lər.

Təfsir

İmandan üz döndərən o müşriklərə: “Axirətdə düçar olacağınız əzabdan və onun şiddətindən, habelə, arxada buraxdığınız dünyadan qorxun ki, bəlkə Allah si­zə Öz mərhəhəmtindən bəxş etsin!”– deyildikdə, buna əməl etmir və ona əhəmiyyət vermədən üz çevirirlər.

Oxuyucuda aç - Surəni tam oxu