Surə 36 · Cüz 23
Ya-Sin · 36:43
وَإِنْ نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ
43. Əgər istəsək, onları suya qərq edərik. Onda nə onların imdadına çatan olar, nə də onlar xilas ola bilərlər.
Təfsir
Əgər Biz onları suya qərq etmək istəsəydik, edərdik. Biz onları suya qərq etmək istəsəydik, onların imdadına çatan köməkçi tapılmaz, habelə, onlar bizim əmrimiz və hökmümüzlə suya qərq edilsəydilər, onları xilas edən olmazdı.