Surə 36 · Cüz 23
Ya-Sin · 36:41
وَآيَةٌ لَهُمْ أَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ فِي الْفُلْكِ الْمَشْحُونِ
41. Onların nəslini yüklü gəmidə daşımağımız da onlar üçün bir dəlildir.
Təfsir
Onlar üçün Allahın vəhdaniyyətinə dəlalət edən dəlillərdən və Öz qullarına bəxş etdiyi nemətlərdən biri də, Nuhun dövründə yaşayan, Adəm nəslinindən olub tufandan qurtulan kimsələri məxluqatla dolu gəmidə daşımağımızdır. Allah o gəmiyə hər növ məxluqdan bir cüt yerləşdirmişdir.