Surə 36 · Cüz 23
Ya-Sin · 36:39
وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ
39. Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o tədricən dönüb xurma ağacının qurumuş budağı kimi əyri olur.
Təfsir
Ay da, pak və müqəddəs Allahın vəhdaniyyətinə dəlalət edən dəlillərdəndir. O ay ki, Biz onun hər gecəsi üçün mənzillər müəyyən etmişik. O, kiçik şəkildən başlayaraq böyüyür, sonra isə, yenidən kiçilir və nəhayət, o, tədricən dönüb xurma ağacının olduqca nazik, əyri, sapsarı və qurumuş budağı kimi olur.