Surə 36 · Cüz 23
Ya-Sin · 36:37
وَآيَةٌ لَهُمُ اللَّيْلُ نَسْلَخُ مِنْهُ النَّهَارَ فَإِذَا هُمْ مُظْلِمُونَ
37. Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar.
Təfsir
Gündüzü gecədən ayırdığımız zaman, onun işığını aparıb, ardından gecənin zülmətini gətirməyimiz, insanlar üçün Allahın vəhdaniyyətniə dəlalət edən bir dəlildir. Biz gündüzün ardından zülməti gətirən kimi insanlar zülmət içində qalırlar.