Surə 36 · Cüz 23
Ya-Sin · 36:35
لِيَأْكُلُوا مِنْ ثَمَرِهِ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ ۖ أَفَلَا يَشْكُرُونَ
35. onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Bəs onlar şükür etməyəcəklərmi?
Təfsir
Belə etdik ki, insanlar Allahın onlara bəxş etdiyi və öz əlləri ilə becərmədikləri o bağların meyvələrindən yesinlər. Onlar yalnız Allaha ibadət etməklə və Onun peyğəmbərlərinə iman gətirməklə, Allahın onlara bəxş etdiyi bu nemətlərə görə Ona şükür etməyəcəklərmi?!