Surə 36 · Cüz 23

Ya-Sin · 36:33

وَآيَةٌ لَهُمُ الْأَرْضُ الْمَيْتَةُ أَحْيَيْنَاهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ يَأْكُلُونَ

33. Ölü torpaq onlar üçün bir də­lil­dir. Biz onu yağışla dirildir, ora­dan taxıl çıxardırıq, onlar da ondan yeyirlər.

Təfsir

Dirilməni yalan hesab edənlərə, dirilmənin haqq olduğunu sübut edən dəlil budur ki, Biz bu qurumuş, məhsul verməyən torpağa göydən yağış nazil edib orada növbənöv bitkilər yetişdirir və oradan çeşid-çeşid toxumlar çıxardırıq ki, insanlar ondan yesinlər. Belə torpağa yağış nazil edib orada bitkilər yetişdirməklə onu dirildən Allah, ölüləri də dirildib (məhşərə) gətəriməyə qadirdir.

Oxuyucuda aç - Surəni tam oxu