Surə 36 · Cüz 22
Ya-Sin · 36:21
اتَّبِعُوا مَنْ لَا يَسْأَلُكُمْ أَجْرًا وَهُمْ مُهْتَدُونَ
21. Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin!
Təfsir
Ey qövmüm, sizdən, öz təbliğatları müqabilində heç bir mükafat istəməyən, özləri də doğru yolda olan kəslərin təbliğ etdiyi - Allahın vəhyini qəbul edin. Belə bir sifətlərə sahib olan kimsələr, tabe olunmağa layiq olan kimsələrdir.