Surə 36 · Cüz 22
Ya-Sin · 36:14
إِذْ أَرْسَلْنَا إِلَيْهِمُ اثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ فَقَالُوا إِنَّا إِلَيْكُمْ مُرْسَلُونَ
14. O zaman onlara iki nəfər elçi göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüvvətləndirdik. Bu elçilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”– dedilər.
Təfsir
Biz onlara iki elçi göndərdik ki, onları Allahın tək ilah olduğuna və Ona ibadət etməyə dəvət etsinlər, lakin onlar bu elçilərin ikisini də yalançı saydılar. Biz də elçilərimizi göndərdiyimiz üçüncü elçi ilə qüvvətləndirdik. Onların üçü də şəhər əhlinə dedilər: “Biz üçümüz, həqiqətən də, sizə göndərilmiş ki, sizi Allahın tək ilah olduğunu qəbul etməyə və Onun şəriətinə tabe olmağa dəvət edək.”