Surə 35 · Cüz 22

Fatir · 35:8

أَفَمَنْ زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ فَرَآهُ حَسَنًا ۖ فَإِنَّ اللَّهَ يُضِلُّ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ ۖ فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَاتٍ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَصْنَعُونَ

8. Pis əməli özünə gözəl gös­tərilib onu yaxşı hesab edənlə, doğ­ru yolla ge­dən kimsə eyni ola bilərmi? Həqiqətən, Allah istə­diyini zə­la­lətə salır, istədi­yini də doğru yola yönəldir. Sən onlara görə özü­nü üzüb əl­dən salma. Şübhəsiz ki, Allah on­ların nə törətdiklərini bi­lir.

Təfsir

Pis əməli özünə şeytan tərəfindən gözəl gös­tərilib onu yaxşı hesab edən kimsə, Allahın haqq yola yönəltdiyi kimsə eyni ola bilməz. Həqiqətən, Allah dilədiyini zə­la­lətə salır, dilədiyini də doğru yola yönəldir. Heç kəs onu məcbur edə bilməz. Ey Peyğəmbər, sən, azmış insanların azmasına görə özünü üzüb əldən salma. Şübhəsiz ki, pak və müqəddəs Allah on­ların nə etdiklərini bi­lir. Onların etdiyi əməllərdən heç bir şey Ondan gizli qalmaz.

Oxuyucuda aç - Surəni tam oxu