Surə 35 · Cüz 22
Fatir · 35:5
يَا أَيُّهَا النَّاسُ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۖ فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا ۖ وَلَا يَغُرَّنَّكُمْ بِاللَّهِ الْغَرُورُ
5. Ey insanlar! Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dünya sizi aldatmasın, tovlayan şeytan da sizi yoldan çıxartmasın.
Təfsir
Ey insanlar! Həqiqətən, Allahın vədi - öldükdən sonra dirilmə və qiyamət günü haqq-hesaba çəkilmə haqdır, buna heç bir şübhə yoxdur. Dünya həyatı və içindəki ləzzətlər sizi aldadıb, saleh əməllər etməklə qiyamət gününə hazırlıq görməkdən yayındırmasın. Tovlayan şeytan da, batili sizə gözəl göstərməklə və dünya həyatını sevdirməklə yoldan çıxartmasın.