Surə 35 · Cüz 22
Fatir · 35:27
أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجْنَا بِهِ ثَمَرَاتٍ مُخْتَلِفًا أَلْوَانُهَا ۚ وَمِنَ الْجِبَالِ جُدَدٌ بِيضٌ وَحُمْرٌ مُخْتَلِفٌ أَلْوَانُهَا وَغَرَابِيبُ سُودٌ
27. Məgər Allahın göydən yağmur endirdiyini və onunla müxtəlif rəngli meyvələr yetişdirdiyimizi görmürsənmi? Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik.
Təfsir
Məgər sən, ey Peyğəmbər, Allahın göydən yağmur endirdiyini və onunla ağaclara su verdikdən sonra onlardan müxtəlif rəngli - yaşıl, qırmızı, sarı və başqa rəngdə olan meyvələr yetişdirdiyimizi görmürsənmi?! Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara rəngli təhlükəli cığırlar əmələ gətirdik.