Surə 35 · Cüz 22
Fatir · 35:18
وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۚ وَإِنْ تَدْعُ مُثْقَلَةٌ إِلَىٰ حِمْلِهَا لَا يُحْمَلْ مِنْهُ شَيْءٌ وَلَوْ كَانَ ذَا قُرْبَىٰ ۗ إِنَّمَا تُنْذِرُ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ بِالْغَيْبِ وَأَقَامُوا الصَّلَاةَ ۚ وَمَنْ تَزَكَّىٰ فَإِنَّمَا يَتَزَكَّىٰ لِنَفْسِهِ ۚ وَإِلَى اللَّهِ الْمَصِيرُ
18. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün başqasını köməyə çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz. Sən ancaq Rəbbindən Onu görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim günahlardan təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış də ancaq Allahadır.
Təfsir
Heç bir günahkar adam başqa günahkarın günahını daşımaz. Əksinə, hər bir günahkar öz günahını daşıyacaq. Günah yükü ağır olan kimsə günahlarını daşımaq üçün başqasını köməyə çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, onun günahlarından heç bur şey daşıya bilməz. Sən, ey Peyğəmbər, ancaq, Rəbbindən Onu görmədikləri halda qorxanları və kamil şəkildə namaz qılanları Allahın əzabı ilə qorxudub xəbərdar edənsən. Məhz belələri sənin xəbərdarlığından fayda götürürlər. Kim günahlardan - ələlxüsus da, ən böyüyü olan şirkdən təmizlənərsə, öz xeyrinə təmizlənmiş olar. Qiyamət günü haqq-hesaba çəkilmək və əməllərin əvəzini (mükafatını vəya cəzasını almaq) üçün dönüş yalnız Allahadır.