Surə 34 · Cüz 22
Saba · 34:51
وَلَوْ تَرَىٰ إِذْ فَزِعُوا فَلَا فَوْتَ وَأُخِذُوا مِنْ مَكَانٍ قَرِيبٍ
51. Kaş ki, sən o kafirləri qorxuya düşdükləri vaxt görəydin. Onlar qaçıb canlarını qurtara bilməyəcək və onsuz da yaxın bir yerdə ələ keçiriləcəklər.
Təfsir
Ey Peyğəmbər, kaş, sən haqqı yalan sayan o kafirlərin qiyamət günü əzabı gördükdə qorxuya düşdüklərini görəydin. Onların bu əzabdan qurtulmağa bir yolu olmayacaq və onlar sığınmaq üçün bir yer tapa bilməyəcəklər, üstəlik, yaxın və asanlıqla ələ keçiriləcək bir yerdə ilk həmlədə yaxalanacaqlar. Əgər sən bunu görsən əcaib bir şey görmüş olarsan.