Surə 34 · Cüz 22
Saba · 34:36
قُلْ إِنَّ رَبِّي يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
36. De: “Həqiqətən, Rəbbim istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Lakin insanların çoxu bunu bilmir”.
Təfsir
Ey Peyğəmbər, özlərinə verilən nemətlərlə qürurlanan o kəslərə de: “Pak və uca Rəbbim dilədiyi kimsəni ruzisini bol edib onu sınağa çəkər ki, görsün o, şükr edəcək, yoxsa nankor olacaq, dilədiyi kimsənin də ruzisini azaldıb onu sınağa çəkər ki, görsün o, səbir edəcək, yoxsa qəzəblənəcək? Lakin insanların çoxu Allahın hikmət sahibi olduğunu və O, gördüyü işləridə böyük bir hikmətlə təqdir etdiyini bilmir. Bunu bilənlər bilir, qafil olanlar da ondan qafildirlər.”