Surə 34 · Cüz 22
Saba · 34:33
وَقَالَ الَّذِينَ اسْتُضْعِفُوا لِلَّذِينَ اسْتَكْبَرُوا بَلْ مَكْرُ اللَّيْلِ وَالنَّهَارِ إِذْ تَأْمُرُونَنَا أَنْ نَكْفُرَ بِاللَّهِ وَنَجْعَلَ لَهُ أَنْدَادًا ۚ وَأَسَرُّوا النَّدَامَةَ لَمَّا رَأَوُا الْعَذَابَ وَجَعَلْنَا الْأَغْلَالَ فِي أَعْنَاقِ الَّذِينَ كَفَرُوا ۚ هَلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُوا يَعْمَلُونَ
33. Zəiflər özlərini yüksək tutanlara deyəcəklər: “Xeyr! İşiniz gecə-gündüz hiylə qurmaq idi. Siz bizə Allahı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz”. Onlar əzabı gördükdə peşmançılıq hissini gizlədərlər. Kafirlərin boyunlarına zəncirlər vurarıq. Onlar ancaq etdikləri əməllərə görə cəzalandırılarlar.
Təfsir
Böyüklərinə tabe olmuş zəiflər, haqqa boyun əyməyə təkəbbürlük göstərmiş böyüklərə deyəcəklər: “Xeyr, sizin gecə-gündüz bizə qurduğunuz hiylələr bizi doğru yoldan azdırdı. Siz bizə Allaha küfr etməyi və Allahı qoyub məxluqata ibadət etməyi əmr edirdiniz”. Onlar əzabı gördükdə və canlarını əzabdan qurtara bilməyəcəklərini yəqin etdikdə, dünyada etdikləri küfrə görə peşmançılıq hisslərini gizlədəcəklər. Biz, kafirlərin boyunlarına zəncirlər vurarıq. Onlar dünyada etdikləri əməllərə görə - Alladan baqasına tapındıqlarına və asi əməllər etdiklərinə görə belə cəza ilə cəzalandırılarlar.