Surə 34 · Cüz 22

Saba · 34:24

۞ قُلْ مَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ قُلِ اللَّهُ ۖ وَإِنَّا أَوْ إِيَّاكُمْ لَعَلَىٰ هُدًى أَوْ فِي ضَلَالٍ مُبِينٍ

24. De: “Göylərdən və yer­dən sizə ruzi verən kimdir?” De: “Allah­dır! Elə isə biz və ya siz – ikimizdən biri ya doğ­ru yolda, ya da açıq-aydın azğın­lıq için­dədir”.

Təfsir

Ey Peyğəmbər, o müşriklərə de: “Göylərdən sizə yağış endirməklə və yer­dən sizin üçün bitkilər, əkinlər, meyvələr və s. bu kimi bitirmiklə sizə ruzi verən kimdir?”. De: “Oradan sizə ruzi verən Allahdır! Elə isə biz və ya siz, ey müşriklər – ikimizdən biri ya doğ­ru yolda, ya da açıq-aydın azğın­lıq için­dədir”. Şəkk yoxdur ki, möminlər doğru yolda olan kimsələrdir, müşriklər isə azğınlıq yolunda olan kimsələr.

Oxuyucuda aç - Surəni tam oxu