Surə 34 · Cüz 22
Saba · 34:22
قُلِ ادْعُوا الَّذِينَ زَعَمْتُمْ مِنْ دُونِ اللَّهِ ۖ لَا يَمْلِكُونَ مِثْقَالَ ذَرَّةٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ وَمَا لَهُمْ فِيهِمَا مِنْ شِرْكٍ وَمَا لَهُ مِنْهُمْ مِنْ ظَهِيرٍ
22. De: “Allahdan başqa məbud saydıqlarınızı çağırın”. Onlar nə göylərdə, nə də yerdə zərrə qədər olan bir şeyə də sahib deyillər. Onların göylərin və yerin yaradılışında heç bir şərikliyi yoxdur və onlardan Allaha yardımçı olanı da yoxdur.
Təfsir
Ey Peyğəmbər, o müşriklərə de: “Allahdan başqa ilah saydıqlarınızı çağırın ki, sizə bir fayda versinlər, yaxud zərəri sizdən dəf etsinlər." Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Onların göylərin və yerin yaradılışında heç bir şərikliyi yoxdur və Allaha yardımçı olanı da yoxdur. Onun nə şəriklərə, nə də köməkçilərə ehtiyacı var.